“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Multikulturalizm mühitində icmalar dini radikalizmə qarşı” layihəsi çərçivəsində Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının dəstəyi ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirib.
Tədbiri giriş sözüylə təşkilatının sədri Məhərrəm Xəlilov açaraq “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunan tədbirin əhəmiyyətindən danışıb. Сənab prezident ilham əliyev tərəfindən “Multikulturalizm ilinin” elan edildiyini diqqətə çatdıran təşkilat rəhbəri cari ildə rəhbəri olduğu həmkarlar təşkilarının da bir sıra tədbirlər təşkil etdiyini və bu layihələrin əsas məqsədinin ölkəmizdə inkişaf etidirlən multikulturalizm ənənələrinə sadiqliyin təbliğinə geniş yer verildiyini xususiylə vurğulamışdır.
Tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal əzimbəyli deyib ki, tarixən Azərbaycanda mədəniyyətlər və dinlər arasında tolerant mühit mövcud olub. Onun sözlərinə görə, multikultural dəyərlərin mühafizə olunmasında Azərbaycan dövlətinin və xalqının böyük rolu olub: “Prezident ilham əliyevin də bu sahədə apardığı işlər diqqətdən kənarda qala bilməz. Bu gün islam dininə mənsub abidələrlə yanaşı, ölkəmizdə mövcud olan digər dinlərə məxsus kilsələr, sinaqoqlar qorunub saxlanılır. Məhz buna görə də Azərbaycanda mövcud olan tolerantlıq dünyaya bir nümunədir”.
C.əzzimbəyli qeyd edib ki, dünyanın bir çox ölkələrində dini zəmində ixtişaşlar, münaqişlər baş verir: “Deyərdim ki, hətta Azərbaycanda da dini zəmində münaqişə yaratmağa cəhdlər olub. Lakin belə fitnə dolu cəhdlərin qarşısı dövlət qurumları, hüquq-mühafizə orqanları tərəfindən vaxtında alınıb. Biz imkan verməməliyik, ölkəmiz qan çanağına dönmüş iraqa, Suriyaya, əfqanıstana dönsün”.
Layihənin rəhbəri Asəf Quliyev deyib ki, tədbirdə əsas məqsəd gənclərə mədəniyyətlərarası və dinlərarası tolerantlıq barədə məlumat verməkdir: “Bildiyiniz kimi, bu il həm də Azərbaycanda “Tolerantlıq ili” kimi qeyd edilir. Amma bu da təsadüfi deyil. Çünki Azərbaycan yerləşdiyi coğrafi məkan elədir ki, dünyanın, o cümlədən bizə qonşu dövlətlərin diqqətindədir. Bu mənada və indi dünyada baş verən münaqişələr fonunda ölkəmizdəki tolerant mühit müsbət məqam kimi vurğulanmaya bilməz. Ona görə də hər birimiz mövcud ictimai sabitliyin bir hissəsi olan multikultural dəyərlərin qorunmasında əlimizdən gələni etməliyik”.
Layihənin koordinatoru Bəxtiyar Məmmədli bildirib ki, dözümlülük-tolerantlıq haqqında tam dolğun fikirlər XX əsrdə formalaşıb: “Bu da əsasən beynəlxalq təşkilatların yaranması və beynəlxalq sənədlərin qəbul edilməsi ilə bağlıdır. Ona görə də bir çoxları BMT Baş Assambleyasının 10 dekabr 1948-ci ildə qəbul etdiyi Ümümdünya insan Hüquqları Bəyannaməsini qeyd edirlər.
Amma birbaşa tolerantlığa aid ən mükəmməl sənəd YUNESKO Baş Məclisinin 16 noyabr 1995-ci ildə qəbul etdiyi “Dözümlülük prinsipləri haqqında Bəyannamə”dir. Məhz YUNESKO-nun təşəbbüsü ilə BMT-nin Baş Məclisi 1995-ci ili BMT-nin Tolerantlıq ili elan etmişdir. Bu bəyannamədə məhz hər il noyabrın 6-ı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edilməsi nəzərdə tutulub.
Tədbir ciddi fikir mübadiləsiylə başa çatıb.
Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Multikulturalizm mühitində icmalar dini radikalizmə qarşı” layihəsi oktyabrın 22-dən start götürüb. iki ay davam edəcək layihə çərçivəsində Bakının Suraxanı rayonunda və şamaxıda seminarların keçirilməsi, habelə adı çəkilən mövzuda video rolikin çəkilişi nəzərdə tutulub.
Belediyye.info
|
|
|
|
|
|
|